İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı İsrailin Baş naziri Benyamin Netanyahu Beyrutun cənub ətrafına zərbələr endirmək əmri verəcəyi təqdirdə, İsrailin şimalında yaşayan sakinlərə və hərbi yaşayış məntəqələrinə təxliyə çağırışı edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Qərargahın yaydığı bəyanatda bildirilib ki, İsrailin Beyrutun cənub bölgələri ilə bağlı təhdidlərinin həyata keçirilməsi halında cavab tədbirləri görülə bilər. Bu səbəbdən şimal bölgələrində yaşayan sakinlərə ərazini tərk etmələri tövsiyə olunub.
Rauf























