İran Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etməyəcəyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Tehran bildirib ki, bunun əvəzinə Fars körfəzi və Oman körfəzində göstərilən dəniz xidmətləri, eləcə də “ətraf mühitin qorunması tədbirləri” üçün müəyyən ödənişlər alınacaq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi qeyd edib ki, bu ödənişlər təhlükəsiz naviqasiya və ekoloji mühafizə tədbirlərinin maliyyələşdirilməsi məqsədi daşıyır.
Rauf
























