image-dron-kamikadze-hornet-1backend

“Hornet” tipli kamikadze dronun yeni sınağı keçirildi

ABŞ-də “Hornet” tipli kamikadze dronun yeni sınağı keçirilib və sistem balon dəstəkli buraxılışla test edilib.

İNFOAZ.MEDİA xəbər verir ki, dron balon vasitəsilə 42 km məsafəyə daşınıb və 8 km yüksəklikdən buraxılıb. Sınaq zamanı cihazın cəmi 5% batareya sərf etdiyi bildirilib.

Mütəxəssislər bu üsulun dronun uçuş məsafəsini əhəmiyyətli dərəcədə artırdığını qeyd edirlər — həm balonla daşınma, həm yüksəklikdən buraxılış, həm də enerji qənaəti hesabına.

Bildirilib ki, Starlink terminalı ilə inteqrasiya olunduğu halda zərbə məsafəsi təxminən 100–120 km-dən 1.5–2 dəfə daha uzağa qədər arta bilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki