Livan parlamentinin sədri Nabih Berri vasitəsilə Hizbullah ABŞ-a İsraillə tam və dərhal atəşkəsi qəbul etməyə hazır olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ və İsrail rəsmiləri Hizbullahın atəşkəs şərtlərinə tam əməl edəcəyinə şübhə ilə yanaşırlar. Eyni zamanda, İsrailin Baş naziri Benjamin Netanyahu hökumətinin bu təklifi qəbul edəcəyinin gözlənilmədiyi qeyd olunur.
Tərəflər arasında vasitəçilik səylərinin davam etdiyi bildirilsə də, yaxın zamanda razılaşmanın əldə olunacağı ilə bağlı nikbinlik aşağı qiymətləndirilir.
Rauf























