image-5832560507481689624backend

Fransa İsrailin müdafiə sərgisində rəsmi iştirakına qadağa qoydu

Fransa hökuməti Parisdə iyunun 15-18-də keçiriləcək Avrosatori müdafiə sərgisində İsrailin rəsmi iştirakını qadağan edib.

İNFOAZ.MEDİA xəbər verir ki, qərara əsasən, İsrail hökuməti və Müdafiə Nazirliyinin nümayəndələri tədbirdə iştirak edə və milli pavilyon təşkil edə bilməyəcəklər.

Bununla yanaşı, İsrailin özəl müdafiə şirkətlərinə müəyyən şərtlərlə sərgidə iştirak etməyə icazə veriləcək. Bildirilir ki, onlar yalnız hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərini nümayiş etdirə bilərlər. Hücum xarakterli silah sistemlərinin sərgidə təqdim olunmasına isə icazə verilməyəcək.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki