“Fənərbaxça”, Super Liqada zirvəyə ortaq olmaq üçün meydana çıxacaq.Lider Galatasarayın məğlub olduğu turun bağlanış oyununda “Kasımpaşa”nı qəbul edəcək.
“Fənərbaxça” çempionluq yarışında lideri yaxalamaq niyyətindədir.
23-cü həftəyə məğlubiyyətsiz daxil olan İstanbul təmsilçisi saat 20:00-da “Kasımpaşa” ilə üz-üzə gələcək. “Chobani” stadionunda keçiriləcək qarşılaşmanı hakim Yasin Kol idarə edəcək.
Qələbə qazanacağı halda “Fənərbaxça” “Qalatasaray”la aradakı 3 xallıq fərqi bağlayacaq. Tedesco rəhbərliyindəki komanda 7 top fərqli qələbə qazanacağı təqdirdə isə top fərqinə görə liderliyə yüksələcək.
EMİN
İNFOAZ.MEDİA
























