“Əl İttihad”ın ulduz futbolçusu Nqolo Kantenin Türkiyənin “Fənərbaxça” klubuna keçidi rəsmiləşməyib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb, fransalı yarımmüdafiəçi və “Fənərbaxça” arasında ilkin razılaşma əldə olunmasına baxmayaraq, Səudiyyə Ərəbistanı təmsilçisi tələb olunan sənədləri müəyyən edilmiş müddət ərzində tamamlaya bilməyib.
Kante artıq tibbi müayinədən keçmişdi və klub tərəfindən rəsmi müqavilə təklif edilmişdi. Lakin sənədləşmə prosesi tamamlanmadığı üçün transfer yekunlaşmayıb və futbolçunun komandaya qoşulması mümkün olmayıb.
Fransalı yarımmüdafiəçinin gələcəyi barədə isə hələlik rəsmi açıqlama verilməyib və onun mövsümün ikinci yarısında hansı komandada oynayacağı maraqla gözlənilir.
Rauf
























