“Fənərbağça” UEFA Avropa Liqasının son turunda Rumıniya səfərində FKSB ilə 1:1 hesablı heç-heçə edərək pley-off mərhələsinə yüksəlib.
İNFOAZ.MEDİA-nın xəbərinə görə, turnirin son həftəsində keçirilən oyundan sonra İstanbul təmsilçisi liqa mərhələsini 19-cu pillədə başa vurub və adını pley-off turuna yazdırıb. “Sarı-lacivərtlilər”in pley-off mərhələsində mümkün rəqibləri İngiltərə Premyer Liqası təmsilçisi “Nottingham Forest” və ya Çexiya klubu “Viktoria Plzen” olacaq.
“Fənərbağça” pley-off mərhələsini uğurla keçərsə, 1/8 finalda Danimarkanın “Midtylland” komandası və ya İspaniya təmsilçisi “Real Betis” ilə qarşılaşa bilər.
Rauf
























