image-5791757021089566792backend

Ermənistan hökuməti pasport möhürlərindən Ağrı dağı təsvirini çıxarıb

Ermənistan hökuməti ötən ilin noyabr ayında pasport möhürlərindən Ağrı dağı (Ararat) təsvirini çıxarıb.

İNFOAZ.MEDİA xəbər verir ki, qərar rəsmi İrəvanın “Real Ermənistan” siyasəti çərçivəsində qəbul edilib. Bu siyasət hazırkı beynəlxalq səviyyədə tanınmış sərhədlərə fokuslanmağı nəzərdə tutur.

Bildirilir ki, dəyişiklik həm də Türkiyə ilə normallaşma danışıqları fonunda Ankaraya qarşı təxribat xarakterli addımlardan yayınmaq məqsədi daşıyır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki