Əfqanıstanda ailə münasibətləri və boşanma qaydalarını tənzimləyən yeni qanun dərc olunub və bu sənəd insan haqları müdafiəçiləri tərəfindən ciddi narahatlıqla qarşılanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, qanun qızların yetkinlik yaşına çatdıqdan sonra təxminən 12 yaşdan etibarən evliliyə icazə verə biləcəyini nəzərdə tutur.
Bildirilir ki, sənəddə yetkinlik yaşına çatmayan qızların nikahı qanuni sayılır və ailə üzvlərinə bu prosesdə geniş səlahiyyətlər verilir.
Qanuna əsasən, qızın susması onun nikaha razılığı kimi qiymətləndirilə bilər.
Həmçinin qeyd olunur ki, belə evliliklərin sonradan ləğvi olduqca çətinləşdirilir və bəzi hallarda bunun üçün rəsmi icazə tələb olunur.
Sənəddə ailə qaydalarının pozulmasına görə məhkəmələr tərəfindən cəza tədbirlərinin tətbiqi də nəzərdə tutulur.
Rauf























