İranın xarici işlər naziri Abbas Əraqçi və əsas nüvə danışıqlarçısı hesab olunan Məhəmməd Baqer Qalibaf danışıqlar üçün Qətərin paytaxtı Dohaya gedib.
İNFOAZ.MEDİA xəbər verir ki, İran Mərkəzi Bankının rəhbəri də dondurulmuş aktivlər məsələsi üzrə ayrıca müzakirələr aparmaq üçün Qətərdədir. Danışıqların əsas gündəliyində ABŞ ilə mümkün razılaşma, nüvə proqramı və dondurulmuş İran vəsaitlərinin azad edilməsi məsələləri yer alır.
Mənbələr bildirir ki, görüşlərdə Hörmüz boğazı, yüksək zənginləşdirilmiş uran və sanksiyaların yumşaldılması kimi məsələlər də müzakirə olunur.
Rauf























