image-skynews-ahmed-al-sharaa-donald-trump_7078732backend

Əhməd əl-Şəra və Tramp arasında telefon danışığı olub

Suriya Prezidenti Əhməd əl-Şəra ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, regionda baş verən son hadisələri və Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Danışıq zamanı Suriyanın iqtisadi bərpasına dəstək məsələləri də gündəmə gətirilib. Liderlər ölkənin yenidən qurulması və iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün mümkün əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki