Almaniyanın beynəlxalq yayım qurumu DW büdcə ixtisarları və platforma xərclərinin artması səbəbindən 2026-cı ilin sonuna qədər X sosial şəbəkəsindəki hesablarının təxminən yarısını bağlayacağını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, qurum bildirib ki, ödənişli təsdiq nişanları, analitika xidmətləri və moderasiya alətlərinin pullu olması platformadan istifadənin xərclərini artırıb.
DW həmçinin dezinformasiya, nifrət nitqi və zəifləyən moderasiya siyasəti ilə bağlı redaksiya narahatlıqlarının da bu qərara təsir etdiyini qeyd edib.
Rauf























