Dırnağınızın rəngi bu xəstəliklərdən xəbər verirbackend

Dırnaqların rəngi bu xəstəliklərdən xəbər verir

Amerika Dermatologiya Akademiyası dırnaq rənginin insan sağlamlığı ilə bağlı bəzi tibbi vəziyyətlərə işarə edə biləcəyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, ağ dırnaqlar qaraciyər sirrozu və ya diabet xəstəliyinin əlaməti ola bilər. Lakin qeyd olunur ki, yaş artdıqca dırnaqların təbii şəkildə ağarması da mümkündür. Yarısı çəhrayı, yarısı isə ağ rəngdə olan dırnaqlar böyrək xəstəliklərinə işarə edə bilər.

Bir və ya bir neçə dırnağın yuxarı hissəsində ağ ləkələrin, aşağı hissəsində isə normaldan qırmızı-qəhvəyi rəngə qədər dəyişən ləkələrin görünməsi də müəyyən sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Dırnaqların saralması ağciyər xəstəlikləri və ya göbələk infeksiyası ehtimalını artırır. Eyni zamanda, əvvəlcədən hər hansı zədə olmadan dırnaq altında yaranan və ya rəngi dəyişən tünd zolaqlar dəri xərçənginin ən təhlükəli formalarından biri olan melanomanın əlaməti ola bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki