Danimarkanın Baş naziri Mette Frederiksen süni intellekt texnologiyalarının inkişafı ilə bağlı narahatlığını ifadə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, siyasi hakimiyyət, kapital, texnologiya nəhəngləri və süni intellekt arasında güclü əlaqə formalaşıb. Frederiksenin sözlərinə görə, bu prosesin demokratiyanı zəiflətmək riski var.
Baş nazir həmçinin bir neçə il əvvəl Sam Altman ilə uzun müzakirə apardığını açıqlayıb. Onun sözlərinə görə, görüşün sonunda Altman-a “Sən bir canavar yaratmısan” dediyini bildirib.
Frederiksen iddia edib ki, Altman buna cavab olaraq “Bəli, indi isə bununla necə davranacağınızı müəyyən etmək sizin üzərinizə düşür” sözlərini işlədib.
Danimarka hökumət başçısı süni intellektin inkişafı fonunda demokratik institutların qorunmasının vacibliyini vurğulayıb.
Rauf
























