image-veklllll-768x403backend

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş 

avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi dava zamanı 1983-cü il təvəllüdlü Azər Arzu oğlu Yusifov qətlə yetirilib.

öldürülən şəxs Gəncə və ətraf rayonlarda tanınmış vəkil olan Araz Yusifovun qardaşı imiş.

Məlum olub ki, Azər Yusifov restoranda dava salan bir qrup gənci ayırmağa çalışarkən bıçaq xəsarəti alıb və hadisə yerində vəfat edib

Qeyd edək ki, A.Yusifov ailəli olub, iki uşaq atası idi.

Hadisə zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı yaralanıb. // Qafqazinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki