image-resize-39-750x403backend

“CityNet” qanunsuzluq etdi – Böyük məbləğdə cərimələndi

“Uninet” Məhdud Məsuliyətli Cəmiyyət (MMC) böyük məbləğdə cərimələnib.

Dövlət Reklam Agentliyinin Quba Regional Reklam İdarəsi tərəfindən aparılan yoxlama zamanı məlum olub ki, Quba şәhәri, M.P.Vaqif küçәsindә yerlәşәn MMC-ә mәxsus “CityNet” adlı obyektin fasadında müvafiq icazә alınmadan reklam yerlәşdirilib.

İdarə tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddәsinә əsasən protokol tərtib olunub, Quba Rayon Məhkəməsinin qərarı ilə “Uninet” 5 min manat cərimə olunub.

Şirkət bu qərardan apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, “Uninet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi İlqar Nəhmədovdur. Şirkətin nizamnamə kapitalı 127,3 milyon manatdır.// Yurd.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki