ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, prezidentin göstərişinə uyğun olaraq bu gündən etibarən İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatı üzrə blokada aradan qaldırılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ qüvvələri artıq Iran limanlarına və sahil zonalarına gedən və ya oradan çıxan gəmilərin hərəkətinə mane olmur, həmçinin Ərəb körfəzi və Oman körfəzində tranzitə tətbiq edilən məhdudiyyətlər dayandırılıb.
CENTCOM əlavə edib ki, bütün blokada nəzarəti tədbirləri dayandırılıb, lakin ABŞ hərbi dəniz qüvvələri bölgədə qalaraq əldə olunmuş razılaşmanın şərtlərinə əməl olunmasına nəzarət edəcək.
Jalə
























