image-0f1ff8563c6dfd73fefee1c2d07ba0bcbackend

Çamadanında 90.000 zəli olan şəxs saxlanıldı

İstanbul Hava Limanında bir sərnişin çamadanında 90 min ədəd canlı zəli aşkar edilib. Hadisə 7 fevralda qeydə alınıb.

İNFOAZ.MEDİA xəbər verir ki, zəlilər çamadanın içində gizlədilərək ölkəyə keçirilməyə cəhd edilib.

Qaçaqmalçılıq yolu ilə gətirilən canlıların ümumi çəkisi 12,2 kiloqram olub.

Rəsmi açıqlamada bildirilib ki, saxlanılan şəxs əvvəllər də oxşar qayda pozuntusuna görə məsuliyyətə cəlb olunub. Faktla bağlı qanuni tədbirlər görülür.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki