image-resize-51-750x403backend

Bu həftə ardıcıl 5 gün İŞ OLMAYACAQ

Azərbaycanda bu həftə ardıcıl 5 gün iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, mayın 27 və 28-i Qurban bayramı münasibətilə qeyri-iş günü hesab edilir. 28 May isə Müstəqillik Günü qeyd olunacaq.

Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşdüyündən, Əmək Məcəlləsinə əsasən, mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu – 30, 31 may tarixləri qeyri-iş günüdür.

İyunun 1-i Azərbaycanda növbəti iş günüdür. // Yenisabah


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki