Böyrək xəstəliyibackend

Böyrək xəstəliyi riskini azaltmağın sadə bir yolu kəşf edildi

Bitki mənşəli pəhrizin xroniki böyrək xəstəliyi riskini azaltdığı müəyyən edilib. Bu nəticə Böyük Britaniyanın Biobank layihəsi çərçivəsində təxminən 180 min nəfərin məlumatlarının təhlili əsasında aparılan və Kanada Tibb Assosiasiyası Jurnalında (CMAJ) dərc olunan genişmiqyaslı araşdırmada əksini tapıb.

İNFOAZ.MEDİA xəbər verir ki, tədqiqatçılar 40–69 yaş arası şəxslərin pəhriz vərdişlərini və sağlamlıq göstəricilərini orta hesabla 12 il ərzində izləyiblər. Müşahidə dövründə iştirakçıların 2,7 faizində xroniki böyrək xəstəliyi inkişaf edib. Araşdırma göstərib ki, tərəvəz, meyvə, paxlalı bitkilər və qoz-fındıqla zəngin, əlavə şəkər və yağların məhdud olduğu planetar pəhrizə daha çox riayət edənlərdə xəstəliyin yaranma riski əhəmiyyətli dərəcədə aşağıdır.

Qoruyucu təsirin xüsusilə yaşıl sahələri az olan bölgələrdə yaşayan şəxslərdə və müəyyən genetik xüsusiyyətlərə malik insanlarda daha qabarıq olduğu bildirilib. Alimlərin fikrincə, bu fakt pəhrizin mənfi ekoloji şərait və irsi riskləri qismən kompensasiya edə biləcəyini göstərir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki