image-1779525225_1779470880_meyit182783backend

Bərdədə yeniyetmənin meyiti tapıldı

Bərdə rayonunda yeniyetmənin meyiti tapılıb.

Qaradəmirçi kənd sakini 2010-cu il təvəllüdlü Saleh Məmmədovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.// Qafqazinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki