BENZEMAbackend

Benzema “Əl-İttihad”dan bu kluba KEÇDİ

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu fevralın 2-də hücumçu Kərim Benzemanın “Əl-İttihad”dan transfer olunduğunu rəsmən açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, futbolçunun yeni klubu ilə bağladığı müqavilənin detalları hələlik açıqlanmayıb.

 Benzema 2023-cü ilin yayından etibarən “Əl-İttihad”ın formasını geyinirdi. O, bu müddət ərzində bütün turnirlərdə 83 oyuna çıxıb, 54 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki