image-5812238577662889381backend

Ben-Qvir: İran, Qəzza və Livanla bağlı mübarizəni davam etdirməliyik

Ben-Qvir bildirib ki, İsrail öz sərhədləri yaxınlığında təhlükə hesab etdiyi qüvvələrin mövcudluğunu qəbul edə bilməz.

“Bu gün hər kəs anlayır ki, Livanda sərhədinizdə nasistlərin qalmasına icazə verə bilməzsiniz. Qəzzada da sərhədinizdə nasistlərin qalmasına icazə verə bilməzsiniz”, – deyə o bildirib.

Nazir həmçinin İranın nüvə proqramına toxunaraq, Tehran hakimiyyətinin əsas məqsədinin İsrailə qarşı nüvə silahından istifadə etmək olduğunu iddia edib.

Ben-Qvirin sözlərinə görə, bu səbəbdən İsrail mübarizəni dayandırmamalı və fəaliyyətini davam etdirməlidir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki