Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Belarus və Rusiya istiqamətindən, xüsusilə Bransk vilayəti ərazisindən Ukraynanın şimal bölgələrinə — Çerniqov-Kiyev istiqamətinə qarşı əlavə hücum ssenariləri nəzərdən keçirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski qeyd edib ki, Ukrayna tərəfi bu istiqamətdə müdafiəni gücləndirmək üçün artıq addımlar atır və hərbi komandanlığa müvafiq tapşırıqlar verilib. Eyni zamanda Belarus və Rusiya ərazilərinə dair mümkün təhlükələrə qarşı preventiv tədbirlərin görüldüyü vurğulanıb.
Prezident həmçinin Xarici İşlər Nazirliyinə Belarusla bağlı diplomatik işləri aktivləşdirmək, tərəfdaş ölkələrlə koordinasiyanı gücləndirmək tapşırığı verildiyini bildirib.
Zelenski əlavə edib ki, Ukraynanın kəşfiyyat orqanlarına da qeyri-açıq tapşırıqlar verilib və Rusiya ərazisindən gələn təhlükələrə qarşı cavab imkanları mövcuddur.
Rauf























