image-5814676512769248680backend

Baltik limanında təhlükə: Tankerin gövdəsində iki maqnit mina tapıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Baltik dənizindəki Ust-Luqa limanında “Arrhenius” adlı LPG tankerinin gövdəsində iki maqnit mina aşkar edildiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki,  hər birində təxminən 7 kiloqram partlayıcı olan minalar mühərrik bölməsinin yaxınlığında yerləşdirilib və Rusiya təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Moskva iddia edib ki, qurğular NATO istehsalıdır və gəmi Antverpen sahillərində lövbərdə olarkən yerləşdirilib. NATO isə bu ittihamları rədd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki