Biz şəhərdə ictimai nəqliyyata fokuslanmışıq və bunun üçün əlimizdən gələni edirik.
Bunu WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib.
O bildirib ki, hər gün təxminən 5 milyon sərnişinə xidmət göstərilir:
“Hazırda metro üzrə qırmızı və yaşıl xətlərin inkişafı həyata keçirilir. Həmçinin tramvay xətlərinin yaradılması imkanları da nəzərdən keçirilir. Tramvay yolları üçün mümkün şərait nəzərdən keçirilir. 2028-ci ilə qədər bunu istifadəsinə çalışırıq”.























