image-1779368276_11backend

Bakı-Tbilisi qatarında nə qədər yük aparmaq olar? – Limit BƏLLİ OLDU

Mayın 25-dən etibarən fəaliyyəti bərpa edilən Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişinlər tərəfindən daşına biləcək yükün limiti açıqlanıb.

Hər bir sərnişin beynəlxalq sərnişin qatarının yataq tipli vaqonunda əlavə ödəniş etmədən bir ədəd əl yükü daşıya bilər.

Əl yükünün çəkisi Komfort və Komfort+ sinifləri üzrə 23 kq-dan, “Lüks” sinfi üzrə isə 30 kq-dan artıq olmamalıdır.

Bundan əlavə, ümumi daşınan yükün S ölçü üçün 50×34×26 sm (ümumi ölçü cəmi 110 sm-ə qədər), M ölçü üçün isə 60×42×28 sm (ümumi ölçü cəmi 130 sm-ə qədər) olmasına icazə verilir.

Qeyd edək ki, ilkin qrafikə əsasən, müvafiq marşrut üzrə qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.// Bizim. Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki