image-63d4061b1fd7963d4061b1fd7a167483957963d4061b1fd7463d4061b1fd76-768x403backend

Azərbaycan və Aİ arasında dialoq baş tutacaq

Azərbaycan–Avropa İttifaqı (Aİ) siyasət və təhlükəsizlik üzrə dialoqu gələn il üçün planlaşdırılıb.

Bu barədə  Aİ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Azərbaycan-Aİ siyasət və təhlükəsizlik üzrə növbəti dialoq gələn il keçirilməlidir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Onun Brüsseldə keçirilməsi gözlənilir”, – səfirlikdən bildirilib.

Qeyd edək ki, mayın 20-də Bakıda Azərbaycan və Aİ arasında Təhlükəsizlik Dialoqunun yeddinci iclası keçirilib. İclasın həmsədrləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuq olub. Tərəflər formatı genişləndirərək onu Azərbaycan-Aİ siyasət və təhlükəsizlik məsələləri üzrə dialoqu adlandırmağa razılaşıblar. Bu da ikitərəfli strateji əhəmiyyətindən xəbər verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki