image-1779524433-vcrmylil9jhkuewu0sayusctz7rd9rxvlojletut_1200-768x403backend

“Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzuru sıfırdan qurur” – Prezident

“Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur”.

Bu barədə Prezident İlham Əliyevin “X” hesabında edilən paylaşımda qeyd olunub.

“WUF13 çərçivəsində aparılmış zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədi ilə nəticələndi – Sədrin Xülasəsi və Bakı Fəaliyyət Çağırışı. Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də, Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin beynəlxalq ictimaiyyət tərəfindən güclü şəkildə tanınmasından qürur duyuruq. Bu səylər dünya üzrə digər münaqişədən sonrakı kontekstlər üçün dəyərli nümunə kimi qeyd olunub”, – dövlət başçısının paylaşımında bildirilib.

Paylaşımda qeyd olunub ki, WUF13 çərçivəsində aparılmış zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədlə nəticələndi:

“Təxminən 60 000 rekord sayda iştirakçı ilə WUF13 indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhər Forumu kimi tarixə düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti qlobal şəhər gündəliyinə daha böyük siyasi təkan verdi. WUF13 çərçivəsində aparılmış zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədi ilə nəticələndi – Sədrin Xülasəsi və Bakı Fəaliyyət Çağırışı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki