Apple, Samsung və Xiaomi qlobal smartfon bazarında lider mövqeləri bölüşdürür.
İNFOAZ.MEDİA xəbər verir ki, məlumata əsasən, Apple 2025-ci ildə 19 faiz bazar payı ilə lider olub. Samsung 19 faizə yaxın göstərici ilə ikinci, Xiaomi isə 13 faizlə üçüncü yerdə qərarlaşıb. Vivo, Oppo, Transsion, Honor, Lenovo, Huawei və Realme ilk onluqda yer alıb.
Xiaomi istisna olmaqla, bazarın aparıcı istehsalçıları tədarüklərini orta hesabla 7 faiz artırıblar. Xüsusilə Honor tədarüklərini illik müqayisədə 11 faiz artıraraq ən sürətli artım göstərən brend olub.
Qlobal smartfon bazarı il ərzində 2 faiz böyüyüb, halbuki əvvəl azalma gözlənilirdi. 2026-cı ildə bazarın daralması ehtimalı artdığı üçün şirkətlər gəlirliliyin yüksəldilməsinə və alternativ gəlir mənbələrinə fokuslanacaqlar.
Apple ABŞ smartfon bazarında 69 faiz payla rekord göstəriciyə çatacaq, Samsung isə 13 faizlə xeyli geridə qalacaq.
Jalə
























