almaniyabackend

Almaniyada minlərlə qaçqın itkin düşdü

Almaniyada 7 mindən çox qaçqın itkin düşüb.

İNFOAZ.MEDİA bildirir ki, ilkin qəbul mərkəzlərində 7 624 nəfər qeydiyyata alındıqdan sonra onların izi itib. Halbuki bu mərkəzlərdə yaşayan və sosial müavinət alan şəxslərdir.

Qaydalara əsasən, əgər bir şəxs iki–üç gün ərzində mərkəzdə görünməzsə, o, itkin düşmüş hesab olunur. Bildirilir ki, bu şəxslərdən yalnız az bir qismi sonradan qəbul mərkəzinə geri qayıdır.

Məlumata görə, hazırda bu insanların harada olduqları barədə dəqiq məlumat yoxdur. Dövlət qurumları itkin düşən qaçqınların axtarışını aparmır, əksinə onları qeydiyyatdan çıxarır, müavinət almaq hüququnu ləğv edirödəmə kartlarını bloklayır.

Almaniya hakimiyyət orqanları ehtimal edir ki, itkin düşənlərin bir hissəsi ölkə daxilində, xüsusilə qohumlarının yaşadığı iri şəhərlərdə gizlənir. Digərlərinin isə Avropa İttifaqının digər ölkələrinə və ya Böyük Britaniyaya keçdiyi, bəzilərinin isə öz vətənlərinə qayıtdığı istisna edilmir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki