Almaniyanın Müdafiə naziri Boris Pistorius Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibə siyasətini sərt tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Pistorius bildirib ki, Putin artıq “çıxılmaz vəziyyətə” düşüb və Ukraynaya qarşı davam edən “qanunsuz hücum” Rusiya ordusunda böyük itkilərə səbəb olur.
Nazirin sözlərinə görə, müharibənin gedişi Rusiyanın strateji məqsədlərinə çatmasını çətinləşdirir və döyüş meydanında ciddi insan və texnika itkiləri artmaqda davam edir.
Rauf
























