image-2278937207__backend

Albaniyada korrupsiya əleyhinə etirazlar davam edir

Albaniyada korrupsiya əleyhinə etirazlar artıq 9-cu gününə daxil olub. Paytaxt Tirananın mərkəzində toplaşan minlərlə insan şəhərin əsas meydanlarını doldurub.

İNFOAZ.MEDİA xəbər verir ki, etirazçılar əlində qırmızı Albaniya bayraqları və “Shqipëri e Re” (“Yeni Albaniya”) yazılı plakatlar tutaraq aksiya keçiriblər. Aksiyada böyük izdiham müşahidə olunub.

Nümayişçilər ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsini və baş nazir Edi Ramanın istefasını tələb edirlər. Etirazların davam etdiyi və gərginliyin hələ də yüksək olduğu bildirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki