Avropa İttifaqı Əfqanıstandakı Taliban nümayəndələrini Brüsselə dəvət etməyə hazırlaşır.
İNFOAZ.MEDİA xəbər verir ki, görüşün əsas gündəliyini miqrasiya məsələləri təşkil edəcək. Aİ rəsmiləri artan miqrasiya axınlarının idarə olunması və Əfqanıstandakı vəziyyətlə bağlı koordinasiyanı müzakirə etmək niyyətindədir.
Məlumata əsasən, bu addım Avropaya yönələn qeyri-qanuni miqrasiya dalğasının qarşısının alınması və deportasiya mexanizmlərinin effektivliyinin artırılması məqsədi daşıyır.
Tərəflər arasında mümkün görüşün tarixi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Rauf
























