İran ABŞ ilə aparılan danışıqlar çərçivəsində yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ləğv edilməsi barədə prinsipial razılığa gəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ağ Evdən olan yüksək səviyyəli rəsmilər bildiriblər ki, İranın ali rəhbərinin danışıqlar üzrə çərçivə planını təsdiqlədiyi düşünülür, lakin yekun saziş hələ imzalanmayıb.
Məlumata görə, hazırda tərəflər uranın necə məhv ediləcəyi və texniki icra mexanizmi üzərində danışıqları davam etdirir.
Razılaşmanın tam imzalanmaması səbəbindən yekun sazişin hələ də dəyişə biləcəyi vurğulanır.
Rauf























