ABŞ zabitibackend

ABŞ Tayvana planlaşdırılan 14 milyard dollarlıq silah satışını müvəqqəti dayandırıb

ABŞ administrasiyası Tayvana planlaşdırılan 14 milyard dollarlıq silah satışını müvəqqəti dayandırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin icraedici katibi Hanq Cao Senatda keçirilən dinləmədə bildirib ki, qərar ABŞ ordusunun İranla bağlı hərbi əməliyyatlar üçün kifayət qədər sursat saxlamasını təmin etmək məqsədi daşıyır.

Cao qeyd edib ki, hazırda Vaşinqton “Epic Fury” adlı əməliyyat çərçivəsində ehtiyac duyulan ehtiyatları qorumağa çalışır və buna görə bəzi xarici silah satışları müvəqqəti pauzaya alınıb. O, ABŞ-ın ümumilikdə kifayət qədər silah ehtiyatına sahib olduğunu da vurğulayıb.

Məlumata görə, 14 milyard dollarlıq paket Tayvanın müdafiə qabiliyyətini gücləndirməyə yönəlmişdi, lakin qərar ABŞ-ın regional prioritetlərinin yenidən qiymətləndirilməsi fonunda verilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki