Vaşinqton İrana qarşı mümkün hərbi əməliyyat fonunda Ukraynaya göstərilən yardımı dayandıra bilər. Bu barədə ABŞ ordusunun təqaüddə olan polkovnik-leytenantı Daniel Devis açıqlama verib.
İNFOAZ.MEDİA-nın xəbərinə görə, Devis bildirib ki, Yaxın Şərqdə yeni müharibənin başlanması ABŞ-ın bu regiona müdaxiləsini kritik səviyyədə artıra bilər. Onun sözlərinə görə, belə bir ssenari Kiyevə göstərilən hərbi və maliyyə dəstəyini təhlükə altına sala bilər:
“Yaxın Şərqdə yeni müharibə ABŞ-ın müdaxiləsini elə bir həddə çatdıra bilər ki, geri dönüş mümkün olmasın. Bu halda Ukraynaya yardım risk altına düşür, çünki İranla bağlı məsələlər daha prioritet hesab olunur”.
Təqaüddə olan polkovnik-leytenant qeyd edib ki, ABŞ prezidenti Donald Tramp artıq İran sahillərinə hərbi gəmilər göndərib. Onun fikrincə, bu addım amfibiya əməliyyatına hazırlığın göstəricisi ola bilər.
Devis ehtimal olunan hücumun çox yaxın vaxtda baş verə biləcəyini də istisna etməyib:
“Hücum sözün əsl mənasında 24 saat ərzində, hətta bizim vaxtla bu axşam belə həyata keçirilə bilər”.
Orxan
























