israilbackend

ABŞ müdaxilə etdi: İsrailin Beyruta planlaşdırdığı hücum təxirə salındı

İsrailin Livanın paytaxtı Beyrutun cənub ətrafına genişmiqyaslı zərbə endirməyi planlaşdırdığı, lakin ABŞ-ın müdaxiləsindən sonra əməliyyatın son anda təxirə salındığı iddia edilib.

İNFOAZ.MEDİA xəbər verir ki, məlumatı İsrailin Kan News telekanalı yayıb. Bildirilir ki, planlaşdırılan hücum ABŞ rəsmilərinin müdaxiləsindən sonra dayandırılıb. Hadisə ilə bağlı İsrail və ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, son günlər İsrail və Hizbullah arasında gərginliyin artması fonunda bölgədə vəziyyət diqqətlə izlənilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki