ABŞ Prezidenti Donald Trampın rəsmi diplomatlar əvəzinə daha çox etibarlı şəxslərə və qeyri-formal emissarlara üstünlük verməsi fonunda, İranın nüvə proqramı üzrə təcrübəli ekspertlərin bir hissəsi hökumətdən uzaqlaşdırılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Cenevrədə Tehranla aparılan danışıqlar zamanı Avropa rəsmiləri ABŞ nümayəndə heyətinin uran zənginləşdirmə prosesi kimi əsas texniki mövzuları tam anlamaqda çətinlik çəkdiyini müşahidə edib.
Avropalı diplomatların bəziləri isə ABŞ tərəfinə nüvə texnologiyasının əsas prinsiplərini izah etmək məcburiyyətində qaldıqlarını bildirib.
Bir diplomatın sözlərinə görə, bu vəziyyət ABŞ-ın nüvə sazişi kimi yüksək texniki səviyyəli danışıqlara kifayət qədər hazırlıqlı olmadan daxil olması ilə bağlı suallar doğurur.
Rauf























