ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında gəmilərin müşayiətini bərpa edib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Azadlıq layihəsi” adlı yenilənmiş missiya çərçivəsində ilk olaraq, mart ayından bəri körfəzdə qalan və iki milyon barel xam neft daşıyan Yunanıstan supertankeri təhlükəsiz şəkildə marşrutdan keçirilib.
Məlumata görə, yaxın günlərdə daha onlarla tanker və konteyner gəmisinin də ABŞ donanmasının müşayiəti ilə Hörmüz boğazından keçməsi planlaşdırılır.
Jalə























