image-5798818892216995326backend

ABŞ diplomatiyasında qeyri-rəsmi kanallar güclənir — ölkələr Trampa yaxın şəxslərə yönəlir

ABŞ-ın diplomatik sisteminin zəifləməsi fonunda bir sıra ölkələr Vaşinqtonla rəsmi səfirliklər və klassik diplomatik kanallar vasitəsilə deyil, daha qeyri-rəsmi yollarla əlaqə qurmağa başlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, xarici hökumətlərin ABŞ-ın ticarət və siyasət qərarlarını daha yaxşı anlamaq üçün birbaşa Prezident Donald Trampa yaxın şəxslərlə əlaqə qurduğu bildirilir. Cənubi Koreya rəsmilərinin tarif danışıqları zamanı ABŞ Ticarət rəsmilərini kənara qoyaraq Ağ Ev aparat rəhbəri Syuzi Uayls vasitəsilə əlaqə saxladığı qeyd olunur.

Yaponiya tərəfinin isə Trampın qeyri-rəsmi əlaqələrindən biri olan SoftBank rəhbəri Masayoşi Son vasitəsilə Ağ Evə mesajlar ötürdüyü iddia edilir.

Bildirilib ki, bu yeni sistemin mərkəzində rəsmi vəzifəsi olmayan, lakin Trampa yaxınlığı ilə tanınan Cared Kuşner və Stiv Vitkoff kimi fiqurlar dayanır. Xarici hökumətlərin onları ənənəvi diplomatlardan daha təsirli hesab etdiyi vurğulanır.

Mütəxəssislər bu tendensiyanın ABŞ diplomatiyasında “paralel və qeyri-rəsmi təsir şəbəkəsi” yaratdığını bildirir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki