image-5812424712955564082backend

ABŞ Avropadan bəzi hərbi texnikanı çıxarmağı düşünür

ABŞ-ın NATO çərçivəsində Avropada yerləşdirdiyi hərbi qüvvə və texnikanı əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığı bildirilir. Məlumata görə, bu addım Avropa müttəfiqlərinə daha çox müdafiə məsuliyyəti götürmək üçün təzyiqi artıracaq.

İNFOAZ.MEDİA xəbər verir ki, planlaşdırılan azalmalar arasında qırıcı təyyarələr, strateji bombardmançılar, hərbi gəmilər, sualtı qayıqlar, pilotsuz uçuş aparatları və havada yanacaq doldurma təyyarələri də var.

Vaşinqtonun Avropada nüvə çəkindirmə imkanlarını saxlamaq niyyətində olduğu, lakin konvensional müdafiə yükünün əsas hissəsinin Avropa ölkələrinə ötürülməsinin istəndiyi bildirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki