Zelenskibackend

Zelenski – Ukrayna hava hücumundan müdafiə sistemləri istehsal edəcək

Volodimir Zelenski Ukraynanın hava hücumundan müdafiə sistemləri istehsal etməyi planlaşdırdığını açıqlayıb.

İNFOAZ xəbər verir ki, Zelenski bu təşəbbüsün ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirib və layihənin beynəlxalq tərəfdaşlarla birgə həyata keçirildiyini qeyd edib.

O vurğulayıb ki, bu addım Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş uzunmüddətli strategiyanın bir hissəsidir.

Qeyd edək ki, Ukrayna son illərdə müdafiə sənayesini genişləndirmək və xarici asılılığı azaltmaq istiqamətində fəaliyyətini artırır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki