zelenski pputinbackend

Zelenski Putinlə danışıqlar üçün Moskvaya gələ bilər

Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin köməkçiləri Zelenskinin Moskvada danışıqlar aparması ehtimalını müzakirə ediblər və Rusiya bu cür görüşlərdən heç vaxt imtina etməyib.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, onun sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenski Putinlə birbaşa danışıqlar üçün Moskvaya səfər edə bilər. Bu məsələ Putinin ABŞ prezidenti Donald Trampla təmasları zamanı da bir neçə dəfə gündəmə gəlib.

Uşakov vurğulayıb ki, əsas şərt danışıqların yaxşı hazırlanması və real, müsbət nəticələrə yönəlməsidir. O, həmçinin qeyd edib ki, Putin dəfələrlə Zelenskinin görüşə hazır olduğu halda Moskvaya dəvət ediləcəyini bildirib və Rusiya onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki