image-1645702155_zaxarovabackend

Zaxarova: Zelenski sülhdən yayınır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Kiyev istənilən beynəlxalq təmaslara mülki infrastruktura qarşı məqsədli hücumlarla cavab verir. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski mülki əhaliyə qarşı terror xarakterli hücumlar həyata keçirməklə sülh danışıqlarını pozmağa çalışır.

İNFOAZ.MEDİA xəbər verir ki, Zaxarova Sputnik radiosuna müsahibəsində qeyd edib ki, bu zərbələr qəsdən mülki şəxsləri və sosial obyektləri hədəf alır və terror aktları kimi qiymətləndirilməlidir. Diplomatın sözlərinə görə, bu cür hərəkətlərin əsas məqsədi Ukraynada mümkün sülh danışıqlarından yayınmaqdır.

O, həmçinin əlavə edib ki, Kiyev və onu dəstəkləyən Qərb ölkələri jurnalistlərə və hərbi müxbirlərə qarşı hücumlara görə məsuliyyətdən yayınmayacaq və günahkarlar cavab verməli olacaqlar.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki