Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İran və ABŞ-a Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola biləcək addımlardan uzaq durmağa çağırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Zaxarova bildirib ki, Moskva hazırda tərəflər arasında aparılan danışıqların regionda sabitliyin bərqərar olunmasına töhfə verəcəyinə ümid edir.
“Ümid edirik ki, ölkələr arasında davam edən danışıqlar Yaxın Şərqdə davamlı və uzunmüddətli sabitliyə gətirib çıxaracaq”, – deyə Rusiya XİN nümayəndəsi vurğulayıb.
Rauf
























