Kiriakos Mitsotakis bildirib ki, Ukrayna ilə pilotsuz sistemlər sahəsində əməkdaşlığa dair razılaşma üzrə danışıqlar yüksək mərhələyə çatıb.
İNFOAZ.MEDİA xəbər verir ki, məqsəd Yunanıstanın Ukraynanın bu sahədə qazandığı təcrübədən, xüsusilə pilotsuz texnologiyalar üzrə inkişaf etmiş bilik və bacarıqlardan faydalanmasıdır.
Mitsotakis qeyd edib ki, bu əməkdaşlıq hər iki ölkə üçün müdafiə və texnoloji imkanların genişlənməsi baxımından əhəmiyyətli ola bilər.
Rauf
























