Psixoloqların apardığı araşdırmaya görə, cinsi yaxınlıq stress səviyyəsini yalnız həmin gün azaldır. Ertəsi gün isə bu təsir tamamilə yox olur.
İNFOAZ.MEDİA xəbər verir ki, alimlər evliliyin ilk aylarını yaşayan 319 gənc cütlük daxil olmaqla, ümumilikdə 645 nəfərin iştirak etdiyi üç tədqiqatın nəticələrini təhlil ediblər. İştirakçılar iki həftə ərzində gündəlik stress səviyyələrini və cinsi əlaqədə olub-olmadıqlarını qeyd ediblər.
Məlum olub ki, cinsi əlaqə olan günlərdə cinsindən və münasibətin keyfiyyətindən asılı olmayaraq iştirakçılar özlərini daha az stressli hiss ediblər. Lakin bu rahatlama uzunmüddətli olmayıb.
Araşdırma göstərib ki, əsas amil cinsi yaxınlığın özü yox, onun motividir. Əgər seks münaqişədən qaçmaq, günahkarlıq hissi və ya partnyor təzyiqi ilə baş veribsə, ertəsi gün stress səviyyəsi artıb. Səmimi istək əsasında baş verən yaxınlıq isə bəzən müsbət təsir göstərsə də, bu təsir sabit olmayıb.
Alimlər bildirirlər ki, seks qısamüddətli rahatlama versə də, stressin əsas səbəblərini aradan qaldırmır. Psixoloji rifah üçün yaxınlığın hansı şəraitdə və hansı niyyətlə baş verdiyi həlledici rol oynayır.
Rauf
























