Xorvatiya məhkəməsi sosial şəbəkələrdə məhkum olunmuş hərbi cinayətkar Ratko Mladiçi tərifləyən 43 yaşlı bosniyalı kişiyə 15 günlük şərti həbs cəzası verib.
İNFOAZ.MEDİA xəbər verir ki, kişi sosial şəbəkələrdə Mladiçin fotolarını, mahnıları və ona “azadlığa görə” təşəkkür etdiyi, eləcə də “heç vaxt unudulmayacaq” ifadələrini əks etdirən paylaşımlar edib.
Ratko Mladiç 2017-ci ildə soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Onun hökmü 2021-ci ildə qüvvədə saxlanılıb.
Rauf
























